“SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti beynəlxalq kadrlara dəstək və treninq xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
““SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti arasında beynəlxalq əməkhaqqının dəyərləndirilməsi və kadrlara dəstək xidmətləri, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanıb. 5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əməkhaqqı və kadrlara dəstək xidmətləri, o cümlədən “BP-Azerbaijan” şirkəti əməkdaşlarının Azərbaycanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.
Saziş "BP-Azerbaijan” şirkətinin əməkdaşlarının Azərbaycanda və ölkə xaricində treninq kursları keçməsi üçün imkanların yaradılmasını nəzərdə tutur.
“Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm vəzifələrdəndir. Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnuniyyət duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik”, - deyə SOCAR-ın kadr, IT və rejim üzrə vitse-prezidenti Xalik Məmmədovqeyd edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında SOCAR və “Petrofac” arasında birgə nizamnamə kapitalı 100 min manat olan müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Birgə müəssisədə SOCAR-ın payı 51%, "Petrofac" şirkətinin payı 49%-dir.
Birgə müəssisənin yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Şirkətin fəaliyyət sahəsinə Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlərin göstərilməsi daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət