Gürcüstanın Xarici İşlər Nazirliyi Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana minaatan və digər döyüş sursatlarının göndərilməsi barədə məlumatın həqiqətə uyğun olmadığını bildirir.
"Azərbaycanın internet nəşrinin faktları obyektiv təsvir etməməsi, ictimaiyyəti çaşdırması və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və dostluğuna kölgə salmağa çalışması təəssüf doğurur", - deyə Gürcüstan XİN-in bu gün yaydığı şərhdə bildirilir.
"Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və iki xalq arasında inkişaf edən və dərinləşən uzunmüddətli dostluq birləşdirir", - deyə məlumatda qeyd olunur.
Gürcüstan XİN-də hesab edirlər ki, Azərbaycan nəşrinin məqaləsi iki ölkə arasında münasibətlərdə süni problemlərin yaradılmasına yönəlib.
"Haqqin.az" informasiya portalı guya hərbi əməliyyatların başlanmasından bir neçə gün əvvəl Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana müxtəlif çaplı minaatanların göndərildiyi barədə məlumat yayıb.
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfəbildirib. Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, - deyə XİN-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd olunub ki, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilib.
“D.Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib”, - deyə məlumatda qeyd olunur.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət