Bank VTB (Azərbaycan) Facebook vasitəsilə kreditlərin verilməsi xidmətini təklif edir. İndi müştərilər krediti onlayn sifariş edib və bir neçə dəqiqə ərzində bankın razılığını ala bilər.
Xidmət bankın Facebook Messenger-dəki Direct çat-botu üzərindən reallaşdırılır. Məhsulun rəsmiləşdirilməsi bir neçə toxunuşla həyata keçirilir. Sifariş vermək üçün müştəri messencerin menyusunda “Kredit almaq” xidmətini seçməli və açılan pəncərədə kreditin məbləği, gəliri, eləcə də şəxsiyyət vəsiqəsinin FİN- kodunu daxil etməlidir.
Əlavə sənəd tələb olunmur. Sorğuya cavab iki dəqiqə ərzində gəlir. Bundan sonra bankın nümayəndəsi müştəri ilə əlaqə saxlayır və krediti almaq üçün ona uyğun filial və vaxtı müəyyən edir.
“Biz anlayırıq ki, kredit üçün müraciət etdikdə müştərilər operativ və rahat qərarlar gözləyir. Məhz, buna görə bank müştərilər arasında populyar olan Facebook kanalından istifadə etməyə başladı və onlara yeni məsafəli kredit rəsmiləşdirilməsi üsulunu təklif etdi. Bu, kredit üçün müraciət etdikdə filiala gəlmədən vaxta qənaət etməyə imkan verir. Əminəm ki, sadəliyi və rahatlığı hesabına müştərilər arasında bu xidmətə tələbat yüksək olacaq”,- deyə VTB (Azərbaycan)-ın Rəqəmsal bank layihə ofisinin rəhbəri Kamilla Şahbazova bildirib.
VTB (Azərbaycan) illik 18% ilə 300 manatdan 10 000 manatadək kredit təklif edir.
Kredit 6 aydan 36 ayadək verilir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət