Azərbaycan 2020-ci ilin yanvar-may aylarında $20 milyon 28,35 min dəyərində 33 min 233,11 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Eyni zamanda, $19 milyon 293,68 min dəyərində 32 min 268,14 ton benzin Rusiyadan, $734,66 min dəyərində 964,97 min ton benzin – İrandan idxal edilib”, - hökumətdən qeyd olunur.
Beləliklə, idxalın 97,1%-i RF-nin payına düşüb.
Bundan başqa, 2020-ci ilin yanvar-may aylarında Azərbaycana $987,17 min dəyərində 1 min 194,54 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub.
Həmçinin, $404,64 min dəyərində 487,35 ton «Super Euro-98» markalı avtomobil benzini Belarusdan, $217,05 min dəyərində 268,3 ton – Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton – Rusiyadan, $164,04 min dəyərində 209,83 ton – Rumıniyadan idxal olunub.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,1 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət