Ermənistan bölgədə təhlükəsizliyə təhlükə törədən əsas mənbədir, İrəvan Qarabağ üzrə danışıqları dayandırmağa çaılışır. Bunu Azərbaycan Xarici İşlər Nazirrliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlərin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir. Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun (Paşinyanın - İF) əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz. ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər”, - L.Abdullayeva bildirib.
N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, Abdullayeva hesab edir ki, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir.
Onun sözlərinə görə, münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə Paşinyanın riyakarlığından başqa bir şey deyil.
«Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir. Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən Paşinyanın üzərinə düşür”, - Abdullayeva vurğulayıb. **
X.Nəsirzadə
Birinci yarımillikdə Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 25,8% artıb
Birinci yarımillikdə Azərbaycanda istixanalarda pomidor istehsalı 3% artıb
Azərbaycanda COVID-19-a yoluxma sayı azalıb
Şahmat üzrə Azərbaycan yığması sabah Ermənistanla qarşılaşacaq
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Avqustun 13-dən 27-dək Azərbaycanın ərazi sularında “Dəniz Kuboku” müsabiqəsi keçiriləcək
Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Kreml: Putin və Paşinyan Qarabağ üzrə razılıqların icrasını müzakirə ediblər
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Azərbaycanda açıq bankçılıq üzrə İLK HACKATHON qalibləri müəyyən olundu!
NEQSOL Academy gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib