Azərbaycanda aqrar sığorta tarifləri şaxələndiriləcək və bir sıra amillərdən asılı olacaq. Bunu Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
“Ölkədə əkin ərazilərinin yerləşdiyi coğrafi və iqlim vəziyyətindən asılı olaraq, sığorta tarifləri də dəyişəcək. Yəni, məsələn, dağ və ya dağətəyi rayonlarda dolu riski Aran rayonlarına nisbətən daha yüksək olduğundan, qiymətlər də buna uyğun olaraq fərqlənəcək”, - deyə Sadıqov fondun mətbuat xidmətinə müsahibəsində bildirib.
O vurğulayıb ki, sığorta haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
Prezident İlham Əliyev 2019-cu ilin avqust ayında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun aqrar sığorta sahəsində əsas anlayışları, dövlətin vəzifələrini, aqrar sığortanın predmetini, aqrar sığorta üzrə təminat verilən riskləri, aqrar sığortanın tənzimlənməsini və digər aspektləri nəzərdə tutur.
Prezident İ.Əliyev, həmçinin “Aqrar sığorta haqqında” qanunun tətbiqi və “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşıb.
Bundan başqa, Nazirlər Kabinetinə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 milyon manat və 3 milyon manat vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb. Beləliklə, 2022-ci ilədək fondun nizamnamə kapitalı 9 milyon manatadək artacaq.
Nazirlər Kabineti aqrar sığorta üzrə təminat verilən risklərin siyahısını təsdiq edib. Sığorta riskləri siyahısına təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəlik və zəhərlənmələr, vəhşi heyvanların hücumu nəticəsində ölüm, eləcə də xüsusi təhlükəli zərərli orqanizmlər daxildir.
Bundan başqa, siyahıya üçüncü şəxslərin hərəkətləri və ölkə ərazisində tez-tez baş verən təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu daxildir.
Nazirlər Kabineti aqrar sığorta predmeti olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siyahısını da təsdiq edib.
Nazirlər Kabinetinin qərarına əsasən, aqrar sığortanın predmetinə aşağıdakılar daxildir: kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq.
Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə aqrar sığortanın predmetinə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, akvakultura məhsulu üzrə: balıqlar daxildir.
Bütövlükdə, aqrar sığorta sisteminin inkişafı investisiya risklərinin azalmasına, fermerlərə dəstəyin gücləndirilməsinə, bu məhsulların istehsalının artırılmasına imkan verəcək, məşğulluğa, sözügedən məhsulların qiymətlərinə müsbət təsir göstərəcək və sığorta sektorunun inkişafına töhfə verəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət