Azərbaycan hökuməti 2020-ci il üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini 40,7% - 7 milyard 342 milyon 587,5 min manata qədər azaltmağı planlaşdırır.
"Bu, koronavirus pandemiyasının təsiri və neftin qiymətinin aşağı olması ilə bağlıdır", - deyə 2020-ci il dövlət büdcəsində dəyişikliklərlə bağlı parlamentə təqdim edilmiş materiallarda bildirilir.
Xüsusilə hökumət ARDNF-in büdcəsində neftin bir barelinin baza qiymətini $55-dan $35-dək azaltmağı planlaşdırır. Nəticədə bu, fondun gəlirlərinin 5 milyard 41,5 milyon manat azalmasına səbəb olacaq.
Yenilənmiş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 6 milyard 546 milyon 977,4 min manat (azalma 38%) təşkil edəcək.
Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 767 milyon 777,4 min manat (artım 0,3%), tranzit gəlirləri 21,08 milyon manat (artım 8,8%), akrhesabı ödənişlər 6 milyon 752,4 min manat (artım 43,9%) məbləğində proqnozlaşdırılır.
Fondun xərclərinin 850 milyon manat və ya 7,4% - 12,2 milyard manatadək artırılması planlaşdırılır, əlavə xərclərin bütün həcmi transfert şəklində dövlət büdcəsinə köçürüləcək.
Ümumilikdə, ARDNF-in xərcləri 12,41 milyard manat (ilkin proqnoza nisbətən 7,1% artım) təşkil edəcək, bunun 12,2 milyard manatını dövlət büdcəsinə transfertlər, 200 milyon manatını qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldiləcək xərclər, 10 milyon manatını isə Azərbaycanda ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına dair Dövlət Proqramının icrası xərcləri təşkil edəcək.
Beləliklə, ARDNF-in büdcə kəsiri 5 milyard 67 milyon 412,5 min manat səviyyəsində proqnozlaşdırılır.
Daha əvvəl Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri 11 milyard 589 milyon 910,3 min manat səviyyəsində təsdiq edilmişdi. ARDNF-in 2020-ci il üçün gəlirləri neftin bir barelinin orta qiyməti $55 olmaqla hesablanmışdı.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət