Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunmuş və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilmişdir. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunmuşdur.
Bununla bağlı olaraq, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmaya əsasən, pandemiyadan zərər çəkmiş sahibkarların, Bank Respublikadan manatla alacaqları kreditlərin faizlərinin yarısı subsidiyalaşdırılacaq, kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Dövlət zəmanətli kreditlərin müddəti 3 ilədək, məbləği 3 mln. manatadək, güzəşt müddəti 12 ayadək, faiz dərəcəsi isə 15%-dəkdir. Beləliklə, sahibkarlar kredit faizinin yarısını, yəni 7,5%-dək hissəsini Banka ödəyəcək, eləcə də, girovu kredit götürməyə çatmırsa kreditin 60%-dək hissəsinə dövlət zəmanət verəcək.
Yeni mexanizmin üstünlüklərindən biri də sahibkrların kredit üçün müraciəti banka getmədən elektron platforma üzərində rahat edə bilmələridir. Bunun üçün sahibkarlar https://e-edf.gov.az saytına daxil olaraq Müraciət bölməsini seçərək öz VÖEN qeyd etməlidirlər. Əgər sahibkarın pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərdiyi təsdiq olunarsa, o zaman Bank Respublikadan güzəştli kredit əldə etmək üçün müraciət edə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət