Koronavirus pandemiyası və istehlakın azalması ilə əlaqədar dünya bazarında yaranmış əlverişsiz vəziyyət 2020-ci ilin ikinci yarısında dövlət büdcəsinə daxilolmaların 1 milyard manata qədər azalmasına gətirib çıxaracaq, bu mənfi effekti neytrallaşdırmaq üçün dövlət büdcəsinə dəyişikliklər edilib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
"2020-ci ilin birinci yarısının yekunları üzrə Azərbaycanın dövlət büdcəsi 338 milyon manat məbləğində profisitlə icra edilib. Lakin aprel ayından başlayaraq koronavirus pandemiyası və istehlakın əhəmiyyətli dərəcədə azalması səbəbindən iqtisadiyyatda tənəzzül müşahidə edirik, bu isə dövlət büdcəsinin gəlirlərinin azalmasına gətirib çıxarır", - deyə Şərifov bu gün AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı olması da dövlət büdcəsinə daxilolmaları azaldacaq.
"Bu mənfi effekti neytrallaşdırmaq məqsədilə biz 2020-ci il dövlət büdcəsində dəyişikliklər layihəsi hazırladıq və bu layihə ötən həftə parlament tərəfindən qəbul edildi. Bu dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirləri 890 milyon manat azalacaq: 500 milyon manat – qeyri-neft, 390 milyon manat – neft gəlirləri. Bu itkilərin kompensasiya edilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən transfertlər artırılır (850 milyon manat – İF)", - deyə Şərifov vurğulayıb.
Onun sözlərinə görə, dövlət büdcəsinin faktiki əlavə xərcləri 597,5 milyon manat təşkil edəcək.
"Beləliklə, gəlirlər təxminən 1 milyard manat azalacaq. Əlavə xərclər xarici şokların iqtisadiyyata mənfi təsirinin aradan qaldırılmasına və iqtisadiyyatın daha sürətlə bərpa edilməsinə imkan verəcək", - deyə maliyyə naziri vurğulayıb.
Dəyişikliklərə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (2020-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə azalma 0,1%), xərcləri 27 milyard 492,2 milyon manat (artım 2,2%) təşkil edəcək.
Nəticədə 2020-ci il dövlət büdcəsinin kəsiri daha əvvəl təsdiq edilmiş 2 milyard 760,2 milyon manata qarşı 3 milyard 368,2 milyon manatadək və ya ÜDM-nin 4,9%-dək artır.
Dövlət büdcəsinə yenidən baxılması nəticəsində büdcə gəlirləri neftin bir bareli $35 (daha əvvəl bir barel üçün $55 idi) olmaqla hesablanıb.
Gəlirlərin strukturunda 13 milyard 990 milyon manatın (58%) neft sektorundan daxilolmaların, 10 milyard 134 milyon manatın (42%) isə qeyri-neft sektorundan daxilolmaların hesabına təmin edilməsi planlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 190 milyon manat (daha əvvəl təsdiq edilmiş proqnozla müqayisədə azalma 8,7%), Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 3 milyard 830 milyon manat (azalma 4,3%) həcmində nəzərdə tutulub.
2020-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin 12 milyard 200 milyon manatadək (daha əvvəl təsdiq edilmiş göstərici ilə müqayisədə artım 7,5%) artırılması planlaşdırılır, qalan məbləğ digər mənbələrdən gəlirlərin payına düşür.
Səhiyyə sahəsinə xərclərin 25,4% - 1 milyard 716,6 milyon manatadək, Prezidentin Ehtiyat Fondunun vəsaitlərinin 60% - 480 milyon manatadək, iqtisadi və digər islahatlarla bağlı xərclərin 18% - 1 milyard 231,08 milyon manatadək artırılması planlaşdırılır.
Dəyişikliklərə əsasən, COVİD-19 pandemiyası səbəbindən səhiyyə sahəsinə əlavə 369 milyon manat, əhalinin sosial müdafiəsinə 238 milyon manat, dövlət şirkətlərinin dəstəklənməsinə 136,6 milyon manat, biznesə dəstəyə 100 milyon manat yönəldiləcək.
Beləliklə, qeyd olunan 4 istiqamət üzrə əlavə maliyyələşmənin həcmi 843,6 milyon manat və ya $496,2 milyon təşkil edəcək.
Bütövlükdə, dövlət büdcəsinə yenidən baxılması nəticəsində müxtəlif istiqamətlər üzrə əlavə maliyyələşmənin həcmi 1 milyard 371,5 milyon manat, o cümlədən ölkənin müdafiə qabiliyyətinin artırılması üçün əlavə xərclər 465 milyon manat təşkil edəcək. Lakin paralel olaraq dövlət büdcəsi xərclərinin digər maddələri üzrə 774 milyon manat məbləğində vəsaitə qənaət edilməsi planlaşdırılır ki, bu da əlavə tədbirlərin maliyyələşdirilməsi üçün bir qədər az həcmdə vəsait tələb edəcək.
2020-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun həcmi 4 milyard 909 milyon manat səviyyəsində qalacaq. Digər istiqamətlər üzrə xərclərin bir qədər azaldılması planlaşdırılır.
Dəyişikliklərə əsasən, 2020-ci il üçün Azərbaycanda ÜDM-nin 5% azalacağı proqnozlaşdırılır.
ÜDM-nin yenidən baxılmış nominal həcmi 68 milyard 339,9 milyon manat məbləğində proqnozlaşdırılır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət