Bazar günü axşam saatlarında Xəzər dənizində “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə itkin düşmüş azərbaycanlı neftçinin cəsədi aşkar olunub.
“İtkin düşən neftçinin cəsədi bazar ertəsi aşkar olunaraq ekspertizaya verilib”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.
Xəbər verildiyi kimi, avqustun 9-da “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Elşən Kazımovun saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib. “Elşən Kazımovu axırıncı dəfə həmin gün saat 15:40 radələrində usta Vidadi Əliyevlə birlikdə iki quyuda ölçmə işləri apararkən görüblər.
Sonradan iş otağında onun çəkmələri, mobil telefonu və gödəkcəsi tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Bazar ertəsi helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirib. **
N.Abbasova
Prezident Əliyev indoneziyalı həmkarına başsağlığı verib
Prezident Əliyev: Azərbaycanda azad edilmiş torpaqlarda müasir idarəetmə sistemi qurulmalıdır
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək