Online Business Tour çərçivəsində Caspian Energy Club üzvləri “Delta Qrup C.O.” şirkətinin “Çörəkçi” istehsalat kompleksin virtual olaraq ziyarət ediblər. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Delta Qrup C.O.” MMC – nin İcraçı Direktoru İlkin Şabanov biznes-tur iştirakçılarına interaktiv formatda müəssisənin yaranma tarixi, əməkdaş balansı, fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Əsas və mühim fəaliyyət sahələrindən biri olan yerli istehsal üzrə daha ətraflı məlumat təqdimi məqsədi ilə müəssisə direktoru öz bələdçiliyi ilə iştirakçılar üçün “Çörəkçi” istehsalat müəssisəsinə online vizual tur təşkil edib. Tam avtomatlaşdırılmış şəkildə insan əli dəymədən, bütün sanitar – gigiyenik norma tələblərinə əməl olunan, kritik nəzarət nöqtələri müəyyənləşdirilən və daim nəzarət olunan, qabaqlayıcı və tənzimləyici fəaliyyətlərın idarəolunduğu, istehsal kompleksində xammal mərhələsindən hazır məhsul mərhələsinə qədərki proses komplesk şəkildə İlkin Şabanov tərəfdən şərh olunub
Virtual tura paralel olaraq Caspian Energy Club üzvləri Delta Group C.O.-nun icraçı direktoru İlkin Şabanov ilə görüşdülər. O Online Business Tour iştirakçılarının suallarını cavablandırdı, tərəflər əməkdaşlıq imkanlarını müzakirə etdilər.
“Caspian Energy Club iştirakçıları üçün təşkil olunan və artıq xoş ənənəyə çevrilən biznes-turlar Azərbaycan istehsalçılarının məhsullarına münasibəti dəyişib. Bizim fikrimizcə, bu, biznes-turların təşkili çərçivəsində Caspian Energy Club-un fəaliyyətinin ən əsas və müsbət nəticəsidir”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev qeyd edib ki, Caspian Energy Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar offline təşkil edir.
İlin əvvəlindən ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, “Debet Safety” şirkətinin fabrikinə, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə, Qida Təhlükəsizliyi İnstitutuna, Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən CASPIAN ENERGY CLUB 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialqounun fəal iştirakçısı olan CASPIAN ENERGY CLUB-un əsas məqsədi Azərbaycanda və CASPİAN ENERGY CLUB-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan CASPIAN ENERGY CLUB mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour, Round Table və s. kimi müxtəlif tədbirlər keçirir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar təşkil olunur. CASPIAN ENERGY CLUB-un mənzil-qərargahı Bakıda yerləşir. CASPIAN ENERGY CLUB-un dünyanın müxtəlif ölkələrində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət