Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəlib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə hesab edir.
“Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir. Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafıdır. Bundan əlavə iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub. Ermənistan bir milyona yaxın mülki azərbaycanlını öz doğma yurdlarından qovmaqla etnik təmizləmə siyasəti həyata keçirib”, - deyə H.Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı verdiyi açıqlamada bildirib.
Strategiyada bildirilir ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu, açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.
Sənəddə xalqların öz müqəddəratını təyinetmə prinsipinə bir neçə dəfə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyinetmə hüququ qeyri-şərtsiz tanınmalıdır. “Ermənistan işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışır. Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu, öz müqəddəratını təyinetmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”, - deyə o vurğulayıb.
Prezidentin köməkçisi bildirib ki, strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir. Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.
Sənəddə regiondakı təhdidlərə istinad edilir. Vurğulamaq istərdim ki, regionda ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətidir. Ermənistanın milli təhlükəsizliyinə ən böyük təhlükə də məhz elə Ermənistan və baş nazir Nikol Paşinyan hakimiyyətinin siyasətidir.
“Strategiyada münaqişə ilə bağlı fakt və arqumentlər də saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyib. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil, süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır”, - deyə H.Hacıyev vurğulayıb.
O, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını saxta tarix dərsliyi adlanıdırb. “Adətən belə sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib. Ümumiyyətlə, sənədin təhlili göstərir ki, Ermənistan diqqəti iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara yönəldir. Bu, Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır”, - deyə prezidentin köməkçisi diqqətə çatdırıb.
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət