Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın növbəti absurd bəyanatını şərh edib.
“Bu gün keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri barədə danışarkən guya Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında sərsəm fikir səsləndirib. Bəllidir ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur”, - nazirlikdən qeyd ediblər.
Bildirilir ki, Ermənistan ordusunun aprel döyüşlərindəki məğlubiyyətinin fəsadları, həmçinin parlament komissiyasının bu uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı Sarqsyanı belə bir addım atmağa məcbur edib.
“Bu gün Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur”, - nazilrikdən vurğulanıb.
Qeyd olunur ki, Ermənistanın sabiq prezidentinin bu cür bəyanatları növbəti yalan və cəfəngiyatdır.
“Sarqsyanın səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Erməni xalqı bilməlidir ki, Ermənistan ordusunun Aprel döyüşlərindəki alçaldıcı məğlubiyyətinin günahkarı məhz Sarqsyan və onun hərbi-siyasi rejimi olub”, - MN-nin bəyanatında deyilir.
O cümlədən, nazirlik bir daha qeyd edib ki, Azərbaycan SQ bundan sonra da Ermənistan tərəfinin istənilən təxribatlarının qarşısını alaraq hərbi avantüraların qarşısını alacaq.
“Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hazırkı hakimiyyətinin törətdiyi hərbi avantüranın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir", - bəyanatda bildirilir. **
X.Nəsirzadə
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət