2020-ci ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2019-cu ilin analoji dövrü ilə müqayisədə 10% - 280 milyon 363,1 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 102 milyon 926,6 min manat (azalma 1,3%) gəlir əldə edib.
2020-ci ilin birinci yarısında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 34 milyon 150,5 min manat (azalma 2,1 dəfə) məbləğində olub. Belə güclü azalma koronavirus pandemiyasına görə karantin tədbirlərinin tətbiqi ilə əlqədardır, bu da mart ayında Azərbaycanın dövlət sərhədlərinin bağlanması və beynəlxalq avtomobil, avtobus və dəmir yolu sərnişindaşımalarının dayandırılması və dəniz nəqliyyatı ilə məhdud daşımalara səbəb olub.
Hesabat dövründə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 21 milyon 687,1 min ton yük (azalma 13,7%), o cümlədən 4 milyon 332 min ton tranzit yük daşınıb (artım 6,8%).
2020-ci ilin yanvar-iyun aylarında bu dəhliz ilə yükdaşımalarının ümumi həcmində 6 milyon 515.1 min ton (artım 4%) dəmir yolu nəqliyyatı, 2 milyon 581,3 min ton (azalma 1,4%) dəniz nəqliyyatı, 12 milyon 590,7 min ton (azalma 22,9%) avtomobil nəqliyyatının payına düşüb.
2020-ci ilin birinci yarısında TRACECA ilə tranzit yükdaşımaların strukturunda 2 milyon 255,3 min ton (artım 25,3%) dəmir yolu nəqliyyatı, 2 milyon 76,7 min ton (azalma 8%) dəniz nəqliyyatının payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət