Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsində dəyişiklikləri təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş dəyişikliklərə əsasən, fondun gəlirləri 7 milyard 832 milyon 893,4 min manata qədər, xərcləri 12 milyard 439 milyon 910,3 min manata qədər azaldılıb. Beləliklə, ARDNF-in büdcə kəsiri 4 milyard 607 milyon 16,9 min manat məbləğində proqnozlaşdırılır.
Daha əvvəl ARDNF-in 2020-ci il üçün gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri 11 milyard 589 milyon 910,3 min manat məbləğində təsdiq edilmişdi.
Fondun büdcəsinin parametrlərinə yenidən baxılması neftin qiymətinin dəyişməsi ilə bağlıdır.
ARDNF-in 2020-ci il büdcəsində neftin bir barelinin baza qiyməti $55-dan götürülmüşdü. Lakin koronavirus pandemiyası və neftin qiymətinin aşağı olması səbəbindən ARDNF-in büdcəsində neftin bir barelinin qiyməti $35-dan hesablanıb.
Yenilənmiş büdcəyə əsasən, 2020-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 6 milyard 646 milyon 940,7 min manat (azalma 37,1%) və ya fondun bütün gəlirlərinin 84,9%-ni təşkil edəcək.
Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 767 milyon 777,4 min manat (artım 0,3%), fondun valyuta aktivlərinin idarə edilməsindən gəlirlər 390 milyon 342,9 min manat (azalma 62,1%), tranzit gəlirləri 21,08 milyon manat (artım 8,8%), akrhesabı ödənişlər 6 milyon 752,4 min manat (artım 43,9%) məbləğində proqnozlaşdırılır.
ARDNF-in xərclərinin strukturunda 12,2 milyard manat (artım 7,5%) dövlət büdcəsinə transfertlərin, 200 milyon manat qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldiləcək xərclərin payına düşəcək.
Bundan başqa, fondun idarə edilməsi ilə bağlı xərclər 29 milyon 910,3 min manat, Azərbaycanda ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına dair Dövlət Proqramının icrası xərcləri 10 milyon manat təşkil edəcək.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət