VTB (Azərbaycan)WhatsApp-da çat-bot xidmətini işə salıb. İndi populyar mesencer istifadəçiləri üç dildə bank xidmətlərindən elə WhatsApp-da yararlana bilər. Servis müştərilərə ödəniş və köçürmələr etməyə, kredit rəsmiləşdirməyə və ya depozit açmağa, öz xərclərinə nəzarət etməyə və bir sıra bank əməliyyatlarını həyata keçirməyə imkan verir.
Bunun üçün virtual köməkçi Direct-in nömrəsini (+ 994) 70 214 09 86 WhatsApp-dakı əlaqələrə daxil etmək və çata başlamaq kifayətdir. Hazırda Direct vasitəsilə hesabdan köçürmələr (o cümlədən digər bank kartlarına köçürmələr), 100-dən çox xidmət haqqı üzrə ödəniş (kommunal, mobil, sığorta və s.), kreditin, depozitin və kartın sifarişi, hesablar üzrə ödəniş, hesabdan çıxarışın alınması və digər xidmətlər mövcuddur. Bir sıra əməliyyatlarıQR-kod vasitəsilə həyata keçirmək mümkündür.
Bundan başqa, WhatsApp-da müştərilər virtual Visa Direct kartını pulsuz əldə edə bilər. Bunun üçün ərizə doldurmaq və kartın buraxılışını gözləməyə ehtiyac yoxdur: kartı bir neçə dəqiqə ərzində əldə edib və dərhal istifadə etmək olar.
“Biz müştərilər üçün rahat yerlərdə onları distant xidmətlə təmin etməyə çalışırıq. Ilin əvvəlində biz Facebook sosial şəbəkəsinin mesencerində çat-bot xidmətini tətbiq etdik və müştərilərdən xeyli müsbət rəylər aldıq. İnsanlar üçün ünsiyyət qurduqları yerdə xidmətdən istifadə etmək rahatdır. Biz distant kanalların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk və bu gün artıq müştərilərimiz öz maliyyə məsələlərini Azərbaycanda ən populyar mesencerlərdən biri olan WhatsApp-da həll edə bilər. Bu xidmət Facebook-dakı Direct rəqəmsal bankı ilə tam sinxronizə edilib, bu da müştərilərə hər iki platformadan paralel olaraq yararlanmağa imkan verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev bildirib.
Direct WhatsApp-da azərbaycan, rus və ingilis dillərində 24/7 rejimində fəaliyyət göstərir. Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir:
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət