Bank VTB (Azərbaycan) Visa Token Service texnologiyası üzərindən smartfon vasitəsilə təmassız ödəniş xidmətini işə saldı. Visa kart sahibləri bu xidmətdən NFC texnologiyasını dəstəkləyən Android platformalı mobil telefonlar vasitəsilə yararlana bilər.
Servisdən istifadəyə başlamaq üçün müştəri DirectPayByVTB əlavəsini (PlayMarketdə mövcuddur) smartfonuna yükləməli, avtorizasiya edilməli və öz bank kartını telefonda aktivləşdirməlidir. Bundan sonra təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala mobil telefonu yaxınlaşdıraraq ödəniş etmək mümkündür.
Xidmət WhatsAppvə Facebook mesencerində pulsuz əldə edilən virtual Direct kartı üçün də nəzərdə tutulub.
“VTB (Azərbaycan) müştətilərə rahat xidmət təklif etmək məqsədilə rəqəmsal həllər tətbiq edir. Tokenizasiya texnologiyası ödənişlərin təhlükəsizliyini təmin edir və nağdsız ödəniş prosesini daha da asanlaşdırır. İndi bank kartını özünüzlə daşımaq mütləq deyil, ödəniş etmək üçün mobil telefon kifayət edir. Biz Visa ilə birgə müştərilərimizə belə imkan yaratdığımız üçün çox məmnunuq və əminik ki, onlar bundan fəal şəkildə istifadə edəcəklər”, - deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.
“Sadəliyi və rahatlığı ilə təmassız mobil ödənişlər istehlakçılar arasında getdikcə populyar olur. Visa Token Service isə belə ödənişlərin yüksək səviyyədə təhlükəsizliyini təmin edir. Biz şadıq ki, Azərbaycanda bankların əksəriyyəti mobil ödənişlər üçün həlləri Visa Token Service üzərindən təklif edirlər, bununla da ümumilikdə nağdsız ödənişlərə istehlakçıların etibarını möhkəmləndirirlər”, - deyə Qafqaz regionu ölkələrində Visa-nın regional meneceri Kristina Doroş bildirib.
Visa Token Service texnologiyası ödəniş kartı haqqında gizli məlumatı unikal rəqəmsal identifikator- tokenlə əvəz edir ki, bu da ödənişləri mobil telefon vasitəsilə və istifadəçinin kart məlumatlarını paylaşmadan həyata keçirməyə imkan verir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət