2020-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı cari ilin iyul ayında 554,1 min barelə qarşı 584,6 min barel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilir.
“Avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Avqustda Azərbaycan neft hasilatını 133,4 min barrel azaldıb. Ölkənin avqustda hasilatı 2018-ci ilin oktryabr ayına olan göstəricidən sutrkada 131 min barrel azaltmaq öhdəliyi nəzərə alınmaqla, Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini 101,8% yerinə yetirib”, - nazilrikdən qeyd olunur.
Məlumata görə, avqustda xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124,2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
Xəbər verildiyi kimi, Azərbaycan may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98%, iyunda 100,1%, iyulda 99,9% yerinə yetirib.
Xəbər verildiyi kimi, OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq. May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.
İkinci mərhələ üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan AÇG-də hasilat 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.**
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət