Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə bəyanatında deyilir.
“Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır. Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb”, - birgə bəyanatda vurğulanır.
Nazirliklər hesab edirlər ki, Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.
Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.
“Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət, eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır. Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir”, - bəyanatda qeyd olunur.
XİN və ETSN xatırladır ki, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət