2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,2% - 2 milyard 124,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 824,9 min ton avtomobil benzini (artım 0,8%), 1 milyon 493,2 min ton dizel yanacağı (artım 3%), 18,1 min ton sürtkü yağı (artım 36,1%), 378,7 min ton neft bitumu (artım 2,3 dəfə) istehsal edilib.
Yanvar-avqust aylarında birbaşa qovulan benzin istehsalında 12,3% - 161,9 min tonadək, təyyarə yanacağı istehsalında 16,9% - 337,4 min tonadək, soba mazutu istehsalında 45,1% - 42,2 min tonadək, neft koksu istehsalında 13,8% - 145,2 min tonadək azalma qeydə alınıb.
2020-ci il sentyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 104 min ton avtomobil benzini, 57,5 min ton təyyarə yanacağı, 142,5 min ton dizel yanacağı, 11,8 min ton soba mazutu, 12,6 min ton sürtkü yağı, 10,9 min ton neft bitumu, 75,2 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova
Türkiyə Müdafiə Nazirliyi: Azərbaycanlı hərbçilər hərbi təlimlərdə iştirak etmək üçün Qarsa gəliblər
Azərbaycanda 322 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Azərbaycanda 402 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək