Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda daha sərt mövqe tutacaq. İki ölkənin XİN başçılarının görüşləri konkret nəticəyə yönəldiyi zaman mümkündür. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov belə hesab edir.
“Bu yaxınlarda RF XİN başçısı Sergey Lavrov bəyan edib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında görüşünə hazırlıq məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlnilir. Bu cür görüş mümkündürmü? Cavab: bəli. Digər məsələ ondan ibarətdir ki, hazırda bu görüşün keçirilməsi üçün şərait varmı və bu münaqişənin nizamlanması üçün faydalı olacaq mı”, - Ağacanov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanda XİN başçısı dəyişib. “Azərbaycan prezidenti müdrik davranıb. Danışıqlar prosesində nəyisə dəyişmək lazım idi. Danışıqlar uzun illərdir keçirlir, lakin nəticəsi yoxdur. İndi Azərbaycan hansı diplomatik istiqamət seçəcək? Fikrimcə, Azərbaycan gözləmə diplomatiyasından hücum diplomatiyasına keçəcək və diplomatik istiqamətdə daha qətiyyətlə işləyəcək”, - o qeyd edib.
Ağacanov əmindir ki, Bakı İrəvanı predmetli danışıqlar aparmağa vadar etməyə çalışacaq. “Deyə bilərəm ki, görüş xatirinə görüş və ya danışıqlar prosesinin imitasiyası artıq olmayacaq. Azərbaycan rəhbərliyinin bəyanatlarından göründüyü kimi, bu cür görüşlər artıq Bakını qane etmir və Azərbacanda bu görüşə yalnız real addımlar müzakirə olunacağı təqdirdə razılıq verəcəklər. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk qrupunun həmsədrlərinin bütün səylərinə baxmayaraq, iki ölkənin XİN başçılarının yeni görüşünün konkret tarixinin hələlik müəyyən edilməməsinə dair dünənki bəyanatını bununla əlaqələndirirəm”, - o vurğulayıb.
Onun rəyinə görə, Ermənistan rəhbərliyi danışıqlar prosesinə yanaşmasını nəzərdən keçirməlidir. “Nəhayət, İrəvanda bilməlidirlər ki, bu onların maraqları dairəsindədir ki, danışıqlar konkret məzmunlu olsun. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistana münaqişənin həlli üçün öncə razılaşdırılan sənədlərin qəbul edilməsinə işarə edirlər. Bundan başqa, Ermənistanın özündə daxili siyasi vəziyyət son dəıəcə gərgindir, ölkə ağır iqtisadi vəziyyətdədir, xarici borc rekord $8 milyarda çatıb, sosial problemlər yalnız dərinləşir. Yalnız Azərbaycanla münasibətlərin normallaşması hesabına bu vəziyyətdən çıxmaq mümkündür, lakin İrəvan bunun üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi, Ermənistan Silahlı Qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmalıdır”, - Ağacanov əlavə edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət