Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Bu, həqiqətən mühüm hadisədir. Əslində, Abşeron qaz-kondensat yatağının i.lənməsində yeni mərhələ başlayır və mən əminəm ki, bu mərhələ uğurlu olacaq”, - Əliyev mərasimdən sonra Azərbaycan telekanallarına müsahibəsində bildirib.
Dövlət başçısı məlumat verib ki, Abşeron yatağının ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir. Yatağın işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.
“Lakin, hesab edirəm ki, ehtiyatlar daha çox olacaq, çünki təcrübəmiz göstərir ki, resurslar gözləniləndən artıq olur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz tədarükçüsü olacaq. Abşeron yatağının işlənməsinin birinci mərhələsi çərçivsində hasil olunan qaz daxili tələbata yönəldiləcək, əhali və sənayenin artımı ilə əlaqədar buna da ehtiyac var. İkinci mərhələdə hasil olunan qaz dünya bazarlarına ixrac olunacaq”, - Əliyev qeyd edib.
2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% - operator) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.
2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.
I mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə çərçivəsində pik dövrdə illik 5 milyard kubmetrə yaxın qaz hasil oluna bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barrelə yaxın kondensat hasil olunacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət