Azərbaycan prezidenti İlham Əliyev Ermənistan rəhbərliyini Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin pozulmasında günahkar hesab edir.
“Danışıqların hazırki vəziyyətini mənfi qiymətləndirirəm... Faktiki olaraq, danışıqlar aparılmır... Mən qeyd etmişəm ki, biz immitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyik. Bu, bizim danışıqlardan imtina etməyimiz demək deyil, bu o deməkdir ki, Ermənistanın hiyləgər siyasətinə qoşulmaq istəmirik”, - Əliyev şənbə günü Azərbaycan telekannalrına müsahibəsində bildirib.
Həmçinin, Azərbaycan prezidenti vurğulayıb ki, ötən il Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyanatı ilə danışıqlar prosesinə ciddi zərbə vurdu.
“Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi”, - Əliyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən daha bir təxribat “Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” tələbindən ibarət idi.
“Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da ki, davam edək, sadəcə, məsuliyyətsizlik olar və özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur”, - Əliyev vurğulayıb.
Eyni zamanda, o əlavə edib ki, Ermənistanda rasional düşünən insanlar və siysətçilər var və onlar bu məsələni artıq qaldıraraq, hazırki rəhbərliyin ölkəni uçuruma aparması ilə bağlı fikirlərini Ermənistan ictimaiyyətinə çatdırırlar. **
N.Abbasova
Çin yanvar-fevral aylarında Azərbaycandan $7 milyona yaxın məbləğdə neft məhsulları alıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət