Azərbaycanda Qazaxıstan Ticarət Evi qeydiyyatdan keçib. Bu barədə Qazinform informasiya agentliyi məlumat verir.
Ticarət Evinin baş direktoru, iş adamı Rüfət Rzayev qeyd edir ki, perspektivdə bu platforma Azərbaycan və Qazaxıstanın iş adamları arasında işgüzar münasibətlər təşkil edəcək.
“Bu cür struktur Azərbaycanda olmayıb (...) Qazaxıstan məhsulları Azərbaycanda o qədər də geniş təqdim olunmayıb, baxmayaraq ki, Qazaxıstanda çox keyfiyyətli mallar istehsal olunur. İlkin mərhələdə Azərbaycan bazarında Qazaxıstanın qida və ASK məhsulları və xalq istehlak malları, gələcəkdə isə yüngül və toxuculuq sənayesi malları nümayiş olunacaq. Qazaxıstan Tirarət Evi iki ölkənin işgüzar dairələri üçün dialoq meydançası qismində çıxış edəcək, mallar və xidmətlərin təqdimatı, sərgilər, biznes görüşlər təşkil edəcək”, - Rzayev vurğulayıb.
O cümlədən, baş direktor qeyd edib ki, birbaşa reyslər bərpa olunandan sonra Azərbaycan tərəfdaşları və distribyutorlar üçün malların sərgisinin keçirilməsi məqsədilə qazaxıstanlı məhsul tədarükçülərinin Bakıya səfərinin təşkili planlaşdırılır. Eyni zamanda, iş adamının planlarına saytın və sosial şəbəkələrdə səhifənin yaradılması daxildir.
“Biz Azərbaycanda işgüzar mühit və investisiya layihələri üzrə Qazaxıstan müəssisələrinə informasiya məsləhətləşmə xidməti və yardım göstərməyə hazırıq. Həmçinin, Ticarət Evi iki ölkədə ticarət maneələrinin aradan qaldırılması və biznesin aparaılması şərtlərinin yaxşılaşdırılması üçün təkliflərin və tövsiyyələrin formalaşdırılması ilə bağlı iş həyata keçirə bilər”, - Rzayev bildirib.
Baş direktor əlavə edib ki, gələcəkdə Qazaxıstan Ticarət Evi fəaliyyətinin genişləndirilməsi çərçivəsində mədəniyyət, incəsənət, turizm, gənclər və idman sahələrində ikitərəfli layihələrin reallaşdırılmasını planlaşdırır.
DGK-nın məlumatına görə, cari ilin 8 ayı ərzində AzərbaycanlaQazaxıstan arasında xarici ticarət dövriyyəsi $68 milyon 719,48 min təşkil edib (аzalma 59,2%). Həmçinin, Azərbaycan məhsullarının ixrac həcmi $18 milyon 194,58 min (аrtım 4,6%), Qazaxıstan məhsullarının idxalı - $50 milyon 524,9 min təşkil edib (azalma təxminən 3 dəfə).
2019-cu il ərzində iki ölkə arasında ticarət dövriyyəsi $229 milyon 601,77 min təşkil edib, bunun $24 milyon 22,63 min Azərbaycan məhsullarının ixrac həcminin, $205 milyon 579,14 min – Qazaxıstan məhsullarının idxalının payına düşüb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət