Sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenski və Azərbaycan prezidenti İlham Əliyev telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün konkret addımları müzakirə ediblər.
“Sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar. Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər.
“Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib”, - deyə məlumatda vurğulanır.
Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna prezidentini məlumatlandırıb.*
A.Əhmədova
Azərbaycan Braziliyaya kənd təsərrüfatı sahəsində əməkdaşlıq təklif edir
Qaradağda investisiya dəyəri $13,5 milyon olan gips əsaslı məmulatlar zavodu açılacaq
Əliyev: Azərbaycan vaksinlərin ölkələr arasında ədalətsiz şəkildə bölünməsini pisləyir
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında cüzi azalma qeydə alınıb
Fransa 2020-ci ildə Azərbaycana ətir və tualet suyu idxalı üzrə liderliyini qoruyub
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?