Təcavüzkar ölkə olan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu prezident İlham Əliyev deyib.
"Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını işğal edib, Azərbaycan torpaqlarında etnik təmizləmə aparıb, nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan bu qətnamələrə məhəl qoymamaqda davam edir", - deyə Əliyev bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları çərçivəsində videomüraciətində bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır.
“Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz", - deyə Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan, həmçinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə də məşğul olmağa davam edir ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.
"Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb", - deyə İ.Əliyev əlavə edib.
Prezident vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini pozmağa çalışır. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan üçün qəbuledilməz olan 7 şərt irəli sürüb. "Bizim isə yeganə şərtimiz var – Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə o bildirib.
Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin iyul ayında sərhəddə erməni təxribatının qarşısını qətiyyətlə aldı və "Ermənistan növbəti dəfə məğlubiyyətə uğradı".
Dövlət başçısı Ermənistanı terrorçuların cəlb edilməsində, terrorizmin maliyyələşdirilməsində ittiham edib.
İ.Əliyev əlavə edib ki, Ermənistanda qəbul olunmuş yeni milli təhlükəsizlik strategiyası özündə irqçiliyi, faşizmi və Azərbaycanofobiyanı əks etdirir.*
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət