2020-ci ilin birinci yarısında Böyük Britaniyanın Anglo Asian Mining şirkətinin respublikada əməliyyat gəlirləri $45,8 milyon təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur. Bu barədə şirkətdən məlumat verilir.
Bunun $39,6 milyonu qızıl və gümüşün satışı, $6,2 milyonu - konsentrat satışının payına düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Həmçinin, şirkət 2020-ci ilə gəlirlər üzrə proqnozu təsdiq edib - $100 milyondan artıq.
30 iyun 2020-ci il tarixinə AAM-nin cari xarici aktivləri 2019-cu il 31 dekabra olan $55,5 milyon ilə müqayisədə $63,5 milyon təşkil edib. 30 iyun 2020-ci il tarixinə qalıq pul vəsaiti $29,2 milyon təşkil edib. Nağd pulun qalıqları dollardadır və 0,4%-dən 1% faiz dərəcəsi ilə bir aydan üç aya qədər müddətdə bir neçə bankda qeydə alınmış depozitlərdə yerləşdirilib.
Məlumatda qeyd olunur ki, birinci yarımillikdə şirkətin dövriyyədən kənar aktivləri 1,8% -$91,7 milyonadək azalıb. Onların azalmasının əsas səbəbi amortizasiyaya görə əsas vəsaitin dəyərinin $3,4 milyon aşağı düşməsidir. Qeyri-maddi aktivlər $2,4 milyon dəyərində geoloji kəşfiyyat və qiymətləndirmə üçün xərclərə görə 2019-cu il dekabrın 31-də $20 milyondan 30 iyun 2020-ci ilə $21,7 milyona qədər artıb. Xərclər vəsaiti qismən faydalı qazıntıların hasilatına hüquq barəsində $0,7 milyon həcmində qismən amortizasiya olunub.
İyunun 30-na şirkətin məcmu kapitalı $117,6 milyon təşkil edib (аrtım 7,8%). Artım bu dövrdə bölüşdürülməmiş mənfəət hesabına baş tutub.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət