Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində cəbhə zonasında yerləşən yaşayış məntəqələrindəbir sıra enerji infrastrukturu obyektlərinə zərər dəyib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Tərtər rayonunun Borsunlu, Hüləbəndi kəndlərində, Tərtər şəhərinin isə Sahil, Babək küçələrində və Heydər Əliyev prospektindəqaz xətləri və avadanlıqları qismən zədələnib. döyüşlərin getdiyi vaxtlarda təhlükəsizlik tədbirləri olaraq Füzuli və Tərtər rayonlarının, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Beyləqan və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılıb. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan etibarən həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub. Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə də qazın verilməsibərpa edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu gündən Horadiz qəsəbəsində yerləşən Çörək zavodunun qazla təchizatına nail olunub.Həmçinin Qaradağlı kəndi istisna olmaqla Beyləqan rayonunun 8 kəndinə və Bərdə rayonunun 9 kəndinə qazın verilməsi bərpa edilib.
Bildirilir ki, döyüş əməliyyatı aparılan sərhədyanı rayonların elektrik enerjisi ilə təchizatını təmin edən infrastrukturlar da hücuma məruzqalıb.
“Qeyd edək ki, bu xətlər bir neçə dəfə atəşə məruz qalıb və “Azərişıq” ASC-də yaradılmış Xüsusi Qərargahın gördüyü tədbirlər nəticəsində bu rayonlardazədələnmiş elektrik xətlərinin fəaliyyəti bərpa edilib. Təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı məsələlər tam nəzarətdə saxlanılır və qəza hallarının operativ şəkildə aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir”, - məlumatda vurğulanır. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət