Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız atəşkəs rejiminin bərpasını əhatə etməməlidir, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu problemin tam həllinin vaxtı gəlib çatıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən on illərdir ki, məhəl qoyulmayan 4 qətnaməsi mövcuddur. Həmçinin Ermənistan ordusunun sistematik təxribatları da var. Status-kvo Ermənistana sərf edir və ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyəti dəyişdirmək üçün təsirli addımlar atmırlar. Təkcə atəşkəs rejimi münaqişəni həll etməyəcək, Ermənistan da qoşunlarını dərhal Azərbaycan ərazisindən çıxarmalıdır”, – deyə o, “Anadolu” agentliyinin redaktorlarının dəyirmi masasında bildirib.
Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atmayıb.
“Münaqişə bu günə qədər diplomatik yolla həll olunmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir və öz ərazisində vuruşur. Dünyanın hər yerində işğalçıya qarşı eyni şəkildə davranılır. Biz həm danışıqlar masasında, həm də döyüş meydanında Bakını dəstəkləməyə hazırıq. Əgər Azərbaycan problemi döyüş meydanında həll etmək istəsə, Bakını dəstəkləyəcəyik. Türkiyə Azərbaycanın ehtiyac duyacağı hər cür dəstəyi verməyə hazırdır”, – deyə Çavuşoğlu vurğulayıb.
Münaqişənin Türkiyə ilə Rusiyanın Suriyadakı birgə işinin nümunəsi əsasında həll edilməsinin mümkünlüyünə toxunan XİN başçısı bu kontekstdə Rusiya ilə ikitərəfli müzakirələrin aparıldığını qeyd edib. “Prezidentimizdən Putinə təkliflər var idi, Lavrovla da müzakirələr aparılmışdı, lakin bu münaqişə nə ikitərəfli, nə də çoxtərəfli səviyyədə öz həllini tapmadı. Münaqişənin həll olunmaması isə Ermənistanı yalnız ruhlandırır”, – deyə o bildirib.
Çavuşoğlu vurğulayıb ki, Ermənistan problemi diplomatiya və danışıqlar yolu ilə həll etmək istəmir, əksinə, yeni ərazilər işğal etmək niyyətindədir və bunu bu ilin iyul ayında Tovuz rayonunda Azərbaycanın mövqelərinə etdiyi hücumla nümayiş etdirdi.
Nazir Yaxın Şərq ölkələrindən Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə muzdlu etnik ermənilərin cəlb olunmasına da diqqət çəkib.
“Biz hələ iyul ayında Azərbaycana qarşı təxribat zamanı Yerevana xəbərdarlıq etdik ki, özlərinə gəlsinlər, çünki Ankara bütün imkanları ilə Bakının yanında olacaq. Lakin Yerevan beynəlxalq hüquq normalarına məhəl qoymur. Azərbaycan isə öz torpağında ədalət uğrunda mübarizə aparır”, – deyə türkiyəli nazir əlavə edib.
O, Fransa prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsi zonasındakı vəziyyətlə bağlı mövqeyini də qınayıb. “Fransa prezidenti Azərbaycan torpaqlarının davam edən işğalı ilə bağlı narahatlıq nümayiş etdirmir və eyni zamanda, Ermənistanın timsalında təcavüzkarla həmrəylik nümayiş etdirir. Bununla da Paris Azərbaycan torpaqlarının işğalını dəstəkləyir”, - deyə Çavuşoğlu vurğulayıb.*
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət