Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti işğaldan azad edilmiş Cəbrayıl rayonunda filialın açılması ilə bağlı qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər. Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır”, - deyə bankdan bildiriblər.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, bankın indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialın məhz Cəbrayıl filialı olması bankımızın tarixində də möhtəşəm bir hadisədir.
“İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək”, - deyə bankda hesab edirlər.
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad edildiyini bəyan edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manata bərabərdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət