Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və rayonlarının, xüsusilə Gəncə şəhərinin raket-artilleriya atəşinə məruz qoyulması faşist Almaniyasının dinc əhaliyə qarşı hərbi cinayətlərinə bərabərdir. Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov belə hesab edir.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə və mülki infrastruktura raket-artilleriya zərbələri endirilməsi barbarlıqdır. Hüquq elmi dilində bu, müharibənin aparılması qaydalarının, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti adlanır. Məhz bu cür cinayətlərə görə Hitler Almaniyasının rəhbərləri və ən məşhur nasistlər Nürnberqdə Beynəlxalq Hərbi Tribunal tərəfindən mühakimə edilmişdi», - Kuznetsov bazar günü Facebook səhifəsində yazıb.
Kuznetsov hesab edir ki, Ermənistan silahlı qüvvələri Qarabağda döyüş əməliyyatları başlanandan öncə Azərbaycanın dinc əhalisi və strateji vacib obyektlərinə zərbələr endirmək niyyətində olduğunu dəfələrlə bəyan edib.
“Yəni döyüş əməliyyatları başlanandan xeyli əvvəl Ermənistan ordusu və bu ölkənin hakimiyyət orqanları Azərbaycan xalqını cismən məhv etməyə, yəni ona qarşı soyqırımı törətməyə hesablanmış müharibə aparmağa hazırlaşırdı. Başqa sözlə desək, onlar heç vaxt gizlətmirdilər ki, lap əvvəldən cinayətkar vasitələr və üsullarla cinayətkar müharibə aparmağa hazırdırlar (...) Ermənistan Gəncəyə zərbələri Moskvada müharibə edən ölkələrin xarici işıər nazirləri tərəfindən humanitar məqsədlərlə müvəqqəti atəşkəs barədə sənəd imzalanandan sonra endirib. Bununla da rəsmi İrəvan növbəti dəfə göstərib ki, o, Dağlıq Qarabağ münaqişəsinin sazişə əməl etməyə qabil olmayan, öz hakimiyyətini qoruyub saxlamaq naminə ermənilər və azərbaycanlılar tamamilə qırılana qədər müharibə aparmağa hazır olan tərəfidir”, - Kuznetsov qeyd edib.
Analitik əmindir ki, Ermənistan öz hərəkətləri ilə həm Azərbaycan, həm də bütün Cənubi Qafqaz üçün ciddi təhlükədir.
“Bu səbəbdən bu gün Azərbaycan Ordusunun qarşısında bu təhlükəni məhv etmək və onun daşıyıcılarının mühakimə edilməsi üçün şərait yaratmaq kimi sivil bir missiya durur. Qarabağın erməni işğalından azad edilməsi uğrunda müharibə yalnız Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsi deyil. Bu, həm də sivilizasiyanın orta əsr barbarlığına qarşı müharibəsi, bəşəriyyətin mənəvi dəyərlərinin erməni millətçiliyə xas olan klerikal eqoizmə qarşı müharibəsi, Avrasiyanın əsas regionlarının birində sülh və sabitlik uğrunda müharibədir. Buna görə mən bir daha Azərbaycan Ordusuna qələbə və Azərbaycan xalqına mərdlik arzu edirəm”, - Kuznetsov vurğulayıb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət