Qarabağda atəşkəsi istəyən Ermənistan olub. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu prezident İlham Əliyev deyib.
“Atəşkəsi istəyən Ermənistan olub. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Biz də dedik ki, humanitar məqsədlər, əsirlərin dəyişdirilməsi, cəsədlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Eyni zamanda, müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq atəşkəsdən bir gün keçməmiş Gəncəyə bu xain hücumu təşkil etdilər. Ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar. Və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Onlara bu atəşkəs görünür ona görə lazım idi ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin”, - deyə dövlət başçısı Türkiyənin «A Haber» telekanalına müsahibəsində bildirib.
“Çünki bu atəşkəsdən sonra onlar 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər. Üç dəfə ora hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir. Onlar bu günə qədər yalan propaqandalar apararaq, Azərbaycanın Hadrutu işğaldan azad etməsini etiraf etmirlər. Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir”, - deyə prezident qeyd edib.
O vurğulayıb ki, Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi.*
X.Nəsirzadə
Azərbaycanda 332 nəfər koronavirusa yoluxub
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması təklif edilib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək