SOCAR bu gün şirkətin istiqrazlarının sahiblərinə 16-ci dəfə faizlər üzrə $1,25 milyon məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $20 milyon təşkil edib.
"İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 yanvar 2021-ci il tarixində baş tutacaq”, - şirkətdən bildirilir.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $193 milyonu ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – ümumilikdə 2,3 min əqd bağlanıb.
“SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilib və REPO əməliyyatlarının həcmi $36 milyon təşkil edib”, - məlumatda qeyd olunur.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında $100 milyon həcmində buraxılıb. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizləri hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 milyon təşkil edəcək.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət