Ermənistan humanitar atəşkəsi ikinci dəfə kobud şəkildə pozub, bu da münaqişənin danışıqlar yolu ilə həllinə İrəvanın laqeydliyini nümayiş etdirir. Bu barədəXarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub”, - XİN-dən qeyd olunur.
Həmçinin məlumatda qeyd olunub ki, atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07.00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.
"Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi. İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir”, - məlumatda vurğulanır.
Naziırlikdən bildirilir ki, Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət