Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib”, - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
“Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub”, - deyə məlumatda qeyd olunur.
543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.*
Ə.Məmmədov
Prezident Əliyev Cabbarovu SOCAR-ın Müşahidə Şurasının sədri təyin edib
S&P: Azərbaycan hökuməti milli valyutanın məzənnəsini 1.7AZN/$1 səviyyəsində saxlayacaq
“S&P” Azərbaycanın reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edib, proqnoz “sabit”ə qədər yaxşılaşıb
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Fevralda Qarsda keçiriləcək Azərbaycan və Türkiyə hərbi təlimləri Ermənistanı qorxudub
Bayden ABŞ-ın 46-cı prezidenti oldu
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək