“AccessBank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 0,5% - 902,114 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2020-ci il tarixinə bankın kredit portfeli 533,734 milyon manat (azalma 12,5%) təşkil edib. 470,873 milyon manat (azalma 13,4%) biznes kreditlərin, 55,408 milyon manat (azalma 8,5%) istehlak kreditlərinin payına düşüb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 805,765 milyon manat (artım 0,3%), depozit portfeli 606,338 milyon manat (azalma 8,3%), fiziki şəxslərin əmanətləri 488,788 milyon manat (azalma 11,8%), hüquqi şəxslərin depozitləri 117,55 milyon manat (artım 10,3%) təşkil edib.
III rübün sonuna “AccessBank”ın kapitalı 96,349 milyon manata (artım 2,1%), nizamnamə kapitalı 258,718 milyon manata (dəyişməyib) bərabər olub.
Bank hesabat dövrünü 3,038 milyon manat məbləğində xalis mənfəətlə başa vurub (2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə xalis zərər 90,501 milyon manat təşkil edib).
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublika bankları sırasında 7-ci yerdədir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət