Azərbaycan müharibəyə başlamayıb, sadəcə, cavab verdi və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edir. Bunu prezident İlham Əliyev deyib.
“1994-cü ildə biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir”, - deyə dövlət başçısı Amerikanın «Fox News» televiziya kanalına müsahibəsində bildirib.
2020-ci ilin sentyabr hadisələrinə toxunan prezident vurğulayıb ki, Azərbaycan müharibəyə yenidən başlamayıb.
“Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”, - deyə İ.Əliyev qeyd edib.*
B.Rüstəmbəyov
Bakı aeroportunda elektrik təchizatı tam bərpa olunub
Manat avro və lirəyə qarşı ucuzlaşıb, rubla qarşı sabitdir
Moody`s SOCAR-ın reytinqlərini “Ba2”-dən “Ba1” səviyyəsinə yüksəldib, proqnozu “stabil”ə dəyişib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 28% artıb
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Paşinyan və Rəisi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu