Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Ermənistanın işğalından azad olunan Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşən “Vejnəli” qızıl yatağında hasilata başlamağı planlaşdırır.
“Zəngilan rayonu Azərbaycanın cənub-qərbində minerallarla zəngin bir rayondur. Şirkətin mövcud Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, “Anglo-Asian Mining”in Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” qızıl yatağını istismar etmək hüququ var. Hələlik “Vejnəli” yatağında kəşfiyyatın və kommersiya işlərinin başlanması üçün vaxt qrafiki məlum deyil, bu, rayona girişin və müqavilə sahəsinin təhlükəsizliyindən asılıdır. Şirkət təhlükəsizlik məsələləri həll olunduqdan sonra dərhal ərazidə işlərə başlamağı planlaşdırır», - şirkətin məlumatında deyilir.
Qeyd olunur ki, müqavilə sahəsi təxminən 300 kvadrat kilometri təşkil edir və Sovet Təsnifatına görə 6,5 ton qızıl (C1 + C2) və 2,3 ton qızılı (P1) olan “Vejnəli” yatağını əhatə edir.
“Lakin yatağın işlənilməsinə döyüş əməliyyatları dayandırıldıqdan və bölgənin təhlükəsiz olması barədə Azərbaycan hökumətinin bildirişindən sonra başlanılacaq. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdəki qızıl yataqları ilə bağlı müqavilə müddəti sıfırlanacaq. Bundan sonrakı müddətdə şirkətin müqavilə sahəsində 5 ilədək kəşfiyyat işləri, sonra isə iki dəfə 5 il uzadılma şərti ilə 15 il müddətində hasilat aparmaq hüququ var”, - məlumatda vurğulanır.
Həmçinin AAM–dən bildirilib ki, Ermənistan işğalı zamanı Zəngilan rayonunda təbii sərvətlər istismar olunub. “Vejnəli” yatağında isə minimum mədən işləri aparıldığına görə ziddiyətli məlumatlar mövcuddur.
“Lakin, AMM-nin məlumatına görə, orada minimum istismar aparılıb. Bun baxmayaraq, Azərbaycan hökumətinin ərazidəki mineral ehtiyatları hərtərəfli yoxlamaq və qiymətləndirmək niyyəti var”, - məlumatda deyilir.
AAM-nin məlumatına görə, Azərbaycanın işğal altında olan ərazilərində şirkətin müqavilə sahəsinə daxil olan “Söyüdlü” və “Qızılbulaq” yataqları da var. “Şirkət bu sahələr üzrə də məlumatları izləməkdədir və səhmdarlarına məlumat verir”, - məlumada qeyd olunur.
20 oktyabr 2020-ci il tarixində Azərbaycan prezdenti İlham Əliyev Ermənistanla sərhəddə Zəngilan şəhərinin erməni işğalından azad olunduğunu elan edib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Şirkət qeyd edir ki, 2020-ci il üçün Azərbaycanda 75-80 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasilatı üzrə proqnozu dəyişməyib və gəlirlər üzrə proqnozu cari qiymətlərlə $100 milyondan artıq həcmdə saxlayıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə “Anglo Asian Mining” şirkəti Azərbaycanda 81,399 min unsiya qızıl ekvivalentində qiymətli metal, o cümlədən 70,098 min unsiya qızıl hasil edib.
Xəbər verildiyi kimi, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət