Azərbaycanda olan məlumata əsasən, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Baxın, hətta sırf hesab nöqteyi-nəzərindən: dünənə qədər (oktyabrın 27-də - İF) 256 tank məhv edilib və bu rəqəm hər gün artır. Bunu 3-4 nəfərə vurun, artıq min nəfərə yaxın olur. Sonra, 50-dən artıq piyada döyüş maşını, neçə nəfərdir; yüzlərlə artilleriya qurğusu – hər birinin yanında bir neçə nəfər; 6 ədəd S-300 qurğusu, 40-a yaxın “OSA” zenit-raket kompleksi, “TOR”, “KUB”, “KRUQ” qurğuları; 400-dən artıq yük maşını, onların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə birgə məhv edilib. Səngərlərdə neçə nəfər məhv edilib, biz həmin səngərlərdən keçmişik, təmas xəttində - internetdə bu kadrlar var. Yəni, bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin itkilərinə toxunan dövlət başçısı qeyd edib ki, bütün amilləri nəzərə alaraq, itkilərimiz minimaldır.
“Bizim itkilərə gəlincə isə, mən demişəm ki, biz hərbi əməliyyatlar başa çatdıqdan sonra onları elan edəcəyik. Lakin, deməliyəm ki, onların sayı xeyli-xeyli azdır (Ermənistan tərəfinin itkiləri ilə müqayisədə - İF)”,- Əliyev deyib.
“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq, hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - dövlət başçısı əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev ilə müsahibənin tam mətni www.interfax.az vəwww.interfax.rusaytlarında dərc olunacaq. **
B.Rüstəmbəyov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət