Ermənistan iki ölkənin XİN başçılarının Cenevrədə keçiriləcək görüşü ərəfəsində Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini növbəti dəfə pozmağa çalışır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir.
“Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir”, - XİN-in bəyanatında deyilir.
Məlumat verilir ki, münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb, “bu da Ermənistanın terrorçu mahiyyətinin bir daha nümayiş etdirir”.
“Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətə görə ölkənin baş naziri və müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır”, - məlumatda qeyd olunur.
“Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət