Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu gün ATƏT-in Minsk Qrupunun üç həmsədri ilə telefon danışıqları olub, 27-28 oktyabr tarixində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qoyulmasını onlarla müzakirə edib .
“Azərbaycan XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları keçirib. Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb”, - XİN-i məlumatında deyilir.
Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.
“Həmsədrlər mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar”, - XİN-dən qeyd olunur. **
N.Abbasova
Azərbaycan bankları bu gün valyuta hərracında $66,4 milyon alıb
ABB 2020-ci ildə aktivlərini 2,8%, xalis mənfəətini 57,2% azaldıb
Sahil Babayev: 2020-ci ildə Azərbaycanda əmək müqavilələrinin sayı 10% artıb
Sahil Babayev: 2022-ci ilədək Azərbaycanda DOST mərkəzlərinin sayı 7-yə çatacaq
2020-ci ildə COVID-19 səbəbindən Azərbaycanda əczaçılıq məhsullarının satışı 40,5% artıb
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək