2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 581 mln. 509,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,3% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 401 mln. 679,3 min manat (artım 14,2%) və ya bazar üzrə bütün sığorta haqlarının 69,1%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 197 mln. 358,1 min manat (artım 17,4%), qeyri-həyat sığortası üzrə sığorta haqları 204 mln. 321,2 min manat (artım 11,3%) təşkil edib.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 179 mln. 829,8 min manat (artım 5,3%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (163 mln. 38,7 min manat), tibbi sığorta (78 mln. 638,8 min manat) və AVSMMİS (70 mln. 783,3 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. 9 ay ərzində bu üç sığotrta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 53,7%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 307 mln. 761,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 52,6% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 257 mln. 299,1 min manat (artım 79,4%) və ya bazar üzrə bütün ödənişlərin 83,6%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 184 mln. 138,8 min manat (artım 2,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 73 mln. 160,3 min manat (artım 16,4%) məbləğində olub.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 50 mln. 462,6 min manat (azalma 13,4%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (187 mln. 224,4 min manat), AVSMMİS (47 mln. 250,7 min manat) və könüllü tibbi sığorta (42 mln. 211 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 88,6%-ni təmin edib.
2020-ci il sentyabr ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət