İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2020-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% - 70 milyon 783,3 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların sığorta haqlarının 12,2%-i və icbari sığorta növləri üzrə sığorta haqlarının 39,4%-i AVSMMİS-in payına düşüb.
Yanvar-sentyabr aylarında sığortaçılar tərəfindən AVSMMİS üzrə 42 milyon 221 min manat (azalma 13,3%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 13,7%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, cari ilin 9 ayı ərzində icbari sığorta növləri üzrə ödənişlərin 83,7%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.
2019-cu ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 5,2% - 100 milyon 430,2 min manatadək, ödənişləri – 25,7% - 67 milyon 235,6 min manatadək artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**
Ə.Məmmədov
Bayramov və Lavrov ikitərəfli gündəliyi və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Lavrov: Moskva Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünü təşkil etməyə hazırdır
Əliyev Naxçıvan Muxtar Respublikasının prokurorunu vəzifəsindən azad edib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
AİBNDX 2022-ci ildə daxil olan şikayətlər üzrə istehlakçılara 318 min manat vəsaiti geri qaytarıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Putin ilə Paşinyan arasında telefon danışığı olub
BBQ: Azərbaycan Ermənistan üzərində böyük hərbi üstünlüyə malikdir
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir