CaspianEnergyClubpandemiya dövründə 100-cü onlayn forumunu təşkil edib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin Sədri Kənan Nəcəfovun iştirakı ilə keçirilən onlayn B2G Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli, həmçinin xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Online B2G Forumun iştirakçılarını salamlayan Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, “YALNIZ GÜCLÜ İQTİSADİYYAT OLAN YERDƏ GÜCLÜ ORDU OLA BİLƏR”.
“Bugünkü onlayn forum pandemiya dövründə sayca 100-cüdür. Bu, biznes-hökumət dialoqunun nizamlanmasının mühümlüyündən və günün tələbi olmasından xəbər verir. Biz biznesin problemlərini öyrənmək üçün əvvəlki qaydada tədbirləri onlayn rejimdə keçirməyə davam edəcəyik. Bu, COVİD-19 koronavirus pandemiyasının mövcud olduğu çətin bir dövrdə olduqca vacib və aktual olmaqla yanaşı, həm də biznes nümayəndələrinə dövlətin dəstəyini hiss etmək imkanı yaradır”, - deyə o bildirib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin Sədri Kənan Nəcəfov çıxışı zamanı Dağlıq Qarabağ və ona bitişik Azərbaycanın 7 rayonunun işğalı, işğalçı dövlət tərəfindən Azərbaycana qarşı həyata keçirilən hərbi təxribatlar, həmçinin Azərbaycan Ordusunun zəbt edilmiş ərazilərin azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə qazandığı qələbələr mövzularına toxunub. Kənan Nəcəfov qeyd edib ki, mövcud və yeni proqramlar çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlığı dəstəkləmək və maliyyələşdirmək niyyətindədir.
Sonra K.Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti barədə danışıb, iştirakçılara fondun yeni strategiya, məhsul və xidmətləri, inkişaf istiqaməti haqda məlumat verib. “Fond çərçivəsində sahibkarların subsidiyalaşdırılmasının bir neçə növü həyata keçirilir. Bu gün Sahibkarlığın İnkişaf Fondunun xətti ilə 2,5 milyard manata yaxın güzəştli kreditlər ayrılıb. Bizim prioritetimiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ölkədə fəaliyyət göstərən digər fondlarla əlaqəli şəkildə kiçik və orta sahibkarlara dəstək göstərməkdir”, - deyə Kənan Nəcəfov bildirib. Fondun rəhbəri həmçinin Sahibkarlığın İnkişaf Fondu çərçivəsində ayrılmış vəsaitin istifadəsinin iqtisadiyyatın müxtəlif sektorlarında, həmçinin aqrosənaye kompleksi, İT və turizm sahəsi, sənaye kompleksində və iqtisadiyyatın digər sahələrində həyata keçirildiyini söyləyib.
Sahibkarlığın İnkişaf Fondunun İdarə heyətinin sədri Kənan Nəcəfov daha sonra Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və onların təkliflərini dinləyib.
Telman Əliyev açıq və səmimi dialoqa görə Kənan Nəcəfova minnətdarlığını bildirib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnklişafı Fondu ilə birgə işçi qrupu yaratmağı təklif edib. İşçi qrup aktual məsələlərin, təklif və problemlərin mütəmadi monitorinqini keçirməyə, operativ qaydada həll yollarını təqdim etməyə imkan verir.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Tədbirin sonunda Caspian Energy Clubun sədri Telman Əliyev
klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirərək dəstək olmaqlarını həmçinin şəhid ailələrinə, orduda döyüşən əskər və zabit ailələrinə imkan dairəsində maliyyə dəstəyi göstərməklərini xahiş edib.
Şirkətlərə müraciət edərək T.Əliyev bir daha vurğuladı ki, “Bütün xarici partnyor və tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır. Azərbaycan həqiqətlərin dünyaya çatdırmalıyıq.”
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət