Rəsmi Ankara Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya ilə yanaşı de-fakto iştirak edir. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Bu gün Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranır. Türkiyə bu prosesdə de-fakto iştirak edir. Türkiyənin Rusiya ilə çox yaxşı münasibətləri var, güc strukturları, Müdafiə nazirlikləri, Təhlükəsizlik xidmətləri, kəşfiyyat, iqtisadi inkişaf, XİN xətti ilə də qarşılıqlı əlaqələr mövcuddur. Odur ki, Türkiyə ilə Rusiya arasında təmaslar çox yüksək səviyyədədir", - deyə səfir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi yaradır.
"Mərkəz Azərbaycanda yerləşəcək və onun yerini Azərbaycan hakimiyyəti müəyyənləşdirəcək. Ona görə də Türkiyənin iştirakı heç kimi qorxutmamalıdır", - deyə Bülbüloğlu qeyd edib.
Diplomat vurğulayıb ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi hər zaman Azərbaycanın ərazi bütövlüyünün pozulmamasının xeyrinə olub.
Bununla yanaşı, səfir qeyd edib ki, İran da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
"Bu gün Rusiya, Türkiyə, İran və Azərbaycan artıq regionda konfiqurasiyadır", – deyə o əlavə edib.
“Fransa isə o dərəcədə qərəzli mövqe tutur ki, hətta məsələnin həllindən sonra Fransa XİN tamamilə qəbuledilməz bəyanatlar verir. Yaxud da cənab Makron Ermənistanın nümayəndəsi kimi yorulmadan fəaliyyət göstərir. Əlbəttə, vasitəçilər neytral olmalıdırlar. Rusiyada da Ermənistana simpatiya bəsləyən insanlar həddən artıqdır və onlar Azərbaycan torpaqlarının işğalının davam etməsi üçün əllərindən gələni edirlər”, - deyə Bülbüloğlu vurğulayıb.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət