Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilir.
Məlumata əsasən, Bayramov atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli birgə bəyanatın icrası ilə bağlı vəziyyət barədə BMT baş katibini məlumatlandırıb.
“Bayramov Azərbaycanın işğaldan azad olunan ərazilərinin tamamilə dağıdılması, bu ərazilərdəki bütün infrastrukturun yerlə yeksan olunması, eləcə də razılaşmaya əsasən qısa zamanda Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdəki qeyri-qanuni hərbi birləşmələr və qanunsuz məskunlaşan insanlar tərəfindən hazırda törədilən cinayət xarakterli əməllər, o cümlədən ətraf mühitə zərər verilməsi, meşələrin qırılması, evlərin yandırılması, mədəniyyət abidələrinin talan edilməsi barədə Quterreşə məlumat verib”, - məlumatda deyilir.
O cümlədən, Bayramov bütün bölgənin bərpası ilə bağlı geniş miqyaslı işlərin görülməsinin tələb olunduğu qeyd edərək, bu xüsusda Azərbaycanın həyata keçirəcəyi tədbirlər çərçivəsində müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlıq etmək niyyətini ifadə edib.
“Quterreş hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasının razılıqla qarşıladığını vurğulayıb. O, həmçinin, ərazilərin bərpası ilə bağlı məsələdə BMT-nin oynaya biləcəyi vacib rolu qeyd edib, o həmçinin məcburi köçkünlərin öz evlərinə geri dönməsi ilə bağlı müvafiq dəstəyin göstərilməsinin vacibliyini bildirib”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov
“AzerGold” 2028-ci ilədək Azərbaycanda 11 mədən yatağını istifadəyə verməyi planlaşdırır
Martın 19-dan "Buta Airways" Bakıdan Tbilisiyə uçuşlara başlayır
ARDNF HR Management xidmətlərinə görə EY-yə 300 min manata yaxın vəsait ödəyəcək
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında azalma qeydə alınıb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında cüzi azalma qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Yelo Bank-dan biznes sahiblərinə Novruz kampaniyası
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?