2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin noyabr ayının 1-dək Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə “Şahdəniz” yatağından hasil olunan təqribən 7,6 milyard kubmetr qaz nəql edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin noyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin yanvar-oktyabr aylarında TANAP ilə Türkiyəyə 3,7 milyard kubmetr qaz nəql olunub”, - məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq.
SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətdədir. Noyabrın 30-da qaz kəmərinin ikinci fazasının (Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək) işə salınması mərasimi keçirilib.
TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət