2020-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) SOCAR-ın hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub. Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.
“SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib. R.Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd edib, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışıb, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulayıb”, - deyə şirkətin məlumatında bildirilir.
S.Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir.
“Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub ki, bunun da 2,8 milyard manatı (68,3%) daxili bazarın, 1,3 milyard manatı (31,7%) isə xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17% azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunub, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb”, - deyə o qeyd edib.
S.Qasımıov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulayıb ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılıb və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunub. Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olarq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunub.
R.Abdullayev iclasa yekun vuraraq bildirib ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilməlidir.
“Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirmişdir. Aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırki böhrandan daha güclü çıxacaq”, - deyə o əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət