2020-ci ilin yanvar-sentyabr Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18,2% - 388 milyon 634,4 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 146 milyon 443,6 min manat (azalma 5,8%) gəlir əldə edib.
2020-ci ilin yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 43 milyon 590,1 min manat (azalma 60%) məbləğində olub. Belə güclü azalma koronavirus pandemiyasına görə karantin tədbirlərinin tətbiqi ilə əlqədardır, bu da mart ayında Azərbaycanın dövlət sərhədlərinin bağlanması və beynəlxalq avtomobil, avtobus və dəmir yolu sərnişindaşımalarının dayandırılması və dəniz nəqliyyatı ilə məhdud daşımalara səbəb olub.
Xəbər verildiyi kimi, hesabat dövründə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 29 milyon 865,6 min ton yük (azalma 23%), o cümlədən 6 milyon 95,3 min ton tranzit yük daşınıb (artım 1,9%). Həmçinin, hesabat dövründə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 107 milyon 444,7 min sərnişin daşınıb (azalma 59,9%).
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət