“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2020-ci ilin yanvar-sentyabr aylarında yükaşırmanın həcmini (neft yükləri istisna olmaqla) 3,5 milyon tondan çox artırıb ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 19% çoxdur. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Ümumi yükaşırmanın 87,7%-i və ya 3,1 milyon tonu tranzit yüklərin payına düşüb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 3,5 dəfə artım olub və 505,8 min ton təşkil edib.
“Hesabat dövründə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,2% artaraq 32,191 min ədəd olub. Bunlardan 19,694 min ədədi (61,2%) Bakı-Türkmənbaşı-Bakı, 12,497 min ədədi isə (38,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-sentyabr aylarında TEU ekvivalentində 30,21 min konteyner aşırılıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur. 9 ay ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Bakı-Aktau-Bakı istiqamətində xüsusi konteyner daşıyan gəmilərlə (fider gəmiləri) daşımalarda 2,9 dəfə artım qeydə alınıb və 9,951 min TEU təşkil edib. Hesabat dövründə Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə konteynerlərin aşırılma həcmi 90% artaraq 13,694 min TEU təşkil edib.
“COVID- 19 pandemiyası ilə bağlı ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36% azalma qeydə alınıb və 21,867 min nəfər təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət